Elm və təhsil
Yeni vəzifə TƏSİS EDİLDİ
Azərbaycan Dillər Universitetində (ADU) məsləhətçi-professor vəzifəsi təsis edilib.
Universitetdən Publika.az-a verilən məlumata
görə, Elmi Şurasının iclasında “Azərbaycan Dillər Universitetində
məsləhətçi-professor vəzifəsi haqqında” Əsasnamə qəbul olunub.
Əsasnamə yüksək ixtisaslı elmi-pedaqoji kadrların, professorların
(dosentlərin) təcrübəsindən ADU-nun elmi-tədris prosesində istifadə
etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək və təhsil
ocağında keyfiyyətli elmi-pedaqoji kadrlar hazırlamaq məqsədi ilə
hazırlanıb.
Məsləhətçi-professor ADU-da, əsasən, elmi tədqiqatlara rəhbərlik
formasında elmi-pedaqoji kadrların hazırlanması, magistr
dissertasiyalarına rəhbərlik, dissertant və doktorantlara elmi
rəhbərlik və məsləhət, dərslik, dərs vəsaitləri və digər
tədris-metodiki materialların hazırlanması işlərinə cəlb
olunur.
Məhdud saatda mühazirə oxumaq hüququ da olan məsləhətçi-professor
vəzifəsini professor və ya dosent elmi adı olan, qocalığa görə əmək
pensiyası almaq hüququna malik, elmi-pedaqoji stajı 35 ildən az
olmayan, ADU-da professor vəzifəsində 10 ildən, dosent vəzifəsində
isə 20 ildən artıq işləmiş, elmi məktəb və ya elmi istiqamətə
rəhbərlik edən, dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşdırılmış
şuraların üzvü olan, elmi ekspertizaların müxtəlif formalarında
iştirak edən, elmi və pedaqoji fəaliyyət sahəsində başqa
nailiyyətləri olan ADU professoru (dosenti) tuta bilər.
Rektorun əmri ilə təyin olunan məsləhətçi-professor vəzifəsində
qalmağın zəruri şərti bu vəzifəni tutan şəxsin ildə ən azı bir dərc
olunmuş məqalə və ya dərsliyin (dərs vəsaiti, monoqrafiya)
hazırlanmasında iştirakı, magistr, dissertant və doktorantlara elmi
rəhbərlik etməsi və elmi məsləhət verməsi, həmçinin elmi və
pedaqoji fəaliyyət sahəsində başqa nailiyyətlər əldə etməsidir.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."