Elm və təhsil
“Abay” kitabı təqdim olundu
Bakı Dövlət Universitetinin Abay Kunanbayev adına Qazax Mərkəzində “Abay” kitabının təqdimat mərasimi keçirilib.
Universitetdən Publika.az-a verilən məlumata görə, kitab Türkdilli Ölkələrin Parlament Asambleyası, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin ortaq layihəsi əsasında işıq üzü görüb.
Təqdimat mərasimində çıxış edən rektoru Abel Məhərrəmov böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin toplandığı kitabı yüksək dəyərləndirib. Kitabın nəşrinin Azərbaycan-Qazax ədəbi əlaqələrinin inkişafı istiqamətində növbəti böyük hadisə olduğunu, Abayın müxtəlif dövrlərdə Azərbaycan şairləri tərəfindən tərcümə edilmiş onlarla şeiri və üç poemasının latın qrafikası ilə çap olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.
Qazaxıstanla ölkəmiz arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən rektor son illər prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində münasibətlərin daha yüksək səviyyəyə çatdığını qeyd edib. Bakı Dövlət Universiteti ilə Qazaxıstan universitetlərinin əlaqələrindən də bəhs edən rektor 2011-ci ilin may ayında BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzinin fəaliyyətə başladığını, Bakı Dövlət Universitetinin də bilavasitə iştirakı ilə Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev Mərkəzinin açıldığını diqqətə çatdırıb.
Tədbirdə Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, professor Firuzə Ağayeva, kitabın tərtibçisi, dosent Fatimə Dursunova Abay yaradıcılığının tədqiqi, tədrisi və tərcümə məsələlərindən danışıblar. Bildiriblər ki, Abay yaradıcılığının zirvəsi hesab edilən "Əqliyyə" fəlsəfi-didaktik əsəri ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edilib, kitabın elektron versiyası hazırlanaraq elektron resurslara daxil edilib.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO