Elm və təhsil
Boş qalan yerlərə qəbul elan olunur
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul elan olunur.
Publika.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “Magistr” jurnalının 6-cı nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
Bakalavrların nəzərinə çatdırırıq ki, jurnalın bu nömrəsi həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib. Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO