600-dən çox bal toplayanların NƏZƏRİNƏ
Bizi izləyin

Elm və təhsil

600-dən çox bal toplayanların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi 600-dən çox bal toplayan abituriyentlərə müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilir ki, artıq neçə ildir (əvvəlki illərdə TQDK), ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcəkdir.

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm