Çionq Txi May BDU-da
Bizi izləyin

Elm və təhsil

Çionq Txi May BDU-da

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Bakı Dövlət Universitetində olub.

Universitetdən Publika.az-a verilən məlumata görə, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrində Vyetnam universitetləri ilə həyata keçirilən layihələrdən bəhs edərək universitetin vyetnamlı məzunlarla mütəmadi olaraq görüşlər keçirildiyini qeyd edib. Daha sonra Vyetnam universitetləri ilə BDU-nun əlaqələrini əks etdirən video-çarx nümayiş etdirilib.

Xanım Çionq Txi May, öz növbəsində, Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, elm-təhsil istiqamətində həyata keçirilməsi planlaşdırılan layihələrə dəstək olacaqlarından danışıb. Çıxışının sonunda xanım Çionq Txi May BDU-nu bitirmiş vyetnamlı məzunların ölkəsində tanınmış şəxslər olmasına da diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm