Elm və təhsil
Dövlət qulluğuna qəbulda YENİLİK - Dünyagörüşü bloku ləğv edildi, əvəzinə...
Dövlət qulluğuna qəbul üçün keçirilən əvvəlki imahanlardan fərqli olaraq, yeni qəbul modelində dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yerləşdirilib.
Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanunvericiliyə edilən əsas dəyişikliklərə uyğun olaraq, dövlət qulluğuna qəbul üçün yeni test bankı və vəzifə qrupları üzrə 20 yeni test proqramı hazrlanıb: “Test imtahanlarının yeni modeli hazırlanıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilib. Digər tərəfdən, kifayət qədər çevik model yaradılıb. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.
V.Misirov qeyd edib ki, test imtahanlarının məzmununda da yeniliklər mövcuddur: "Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçiriləcək". (trend)
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”