Ali məktəbdə müəllim olmaq istəyənlər üçün müsabiqə
Bizi izləyin

Elm və təhsil

Ali məktəbdə müəllim olmaq istəyənlər üçün müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, hərtərəfli dünya görüşünə malik ali təhsilli (magistr və daha yüksək elmi dərəcə) namizədlər müsabiqədə iştirak edə bilər. Universitet, dövlət sektoru və biznes sahəsində çalışan mütəxəssislər müsabiqəyə dəvət olunurlar.

Müsabiqədə iştirak üçün müvafiq fənnin adı siyahıdan seçilməli və qeydiyyat formasına əlavə olunmalıdır (Forma tam doldurulmalıdır).Müsabiqədə iştirak üçün son müraciət tarixi bu il dekabrın 17-dir.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Xaricdə təhsil alan namizədlər nostrifikasiya sənədini təqdim etməlidirlər. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına( https://teacher.sabah.edu.az ) daxil edilib.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm