Elm və təhsil
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi
Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.
Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsinin qarşısına gül dəstələri düzülüb, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Rektor Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, amma imperiyanın qanlı əməllərilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədiyini söyləyib. 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyən rektor faciəyə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
20 Yanvar hadisələrində Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor qəhrəman oğul və qızlarımızın xatirəsinin yaddaşlardan silinməyəcəyinivurğulayıb.
Sonra İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, şəhid atası, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və tələbələr adından Biologiya fakültəsinin SABAH qrupları tələbəsi Vəfa Mürsəlzadənin çıxışları dinlənilib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı