Müəllimlər üçün sınaq imtahanları keçiriləcək
Bizi izləyin

Elm və təhsil

Müəllimlər üçün sınaq imtahanları keçiriləcək

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllimlərin işə qəbul imtahanına hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirəcək.

Təhsil İnstitutu İnformasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, mayın 6-dan etibarən Bakıda Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün bütün fənlər üzrə sınaq imtahanlarının keçirilməsinə başlanılacaq.

Elektron formatda və real imtahan prosesinə uyğun olaraq keçiriləcək sınaq imtahanları 40 ixtisas, 10 məntiq, 10 tədris metodikası və təlim strategiyalarına aid olmaqla, cəmi 60 sualdan ibarət olacaq. İmtahanın müddəti isə 90 dəqiqə nəzərdə tutulub.

Mayın 6-da keçiriləcək olan birinci sınaq imtahanı 4 fənn üzrə və yalnız Azərbaycan bölməsi üçün nəzərdə tutulub: İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat və İngilis dili.

Real imtahan şəraitini hiss etmək istəyən və müəllim olmağa namizəd şəxslər sınaq imtahanında iştirak edə bilmək üçün www.ttm.edu.az saytında qeydiyyatdan keçməli, qeydiyyatdan keçdikdən sonra imtahana buraxılış vərəqini çap edərək şəxsiyyət vəsiqəsiylə birlikdə imtahana gətirməlidirlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə sınaq imtahanları mütəmadi olaraq həftə sonları keçiriləcək. Bundan başqa, imtahan yekunlaşan zaman nəticələri dərhal öyrənmək mümkün olacaq, həmçinin səhvlərə baxmaq üçün əlavə vaxt da ayrılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm