Elm və təhsil
Daha xəstə uşaqlar DOĞULMAYACAQ - Elmdə İNQİLABİ KƏŞF
İlk dəfə elm adamları insan embriyonunun genlərini dəyişdirərək uşağın böyüdüyü zaman ölümcül xəstəliklərə tutulacağının qarşısını alıb.
Publika.az xəbər verir ki, ABŞ-ın Oreogon Universitetində amerikalı, çinli və cənubi koreyalı həkimlər araşdırma aparıb.
Məlum olub ki, insan embrionunda ani ölümə səbəb olan və ürək xəstəliyi yaradan genlər var. Tarixdə ilk dəfə olaraq insan genləri bu araşdırma nəticəsində uğurla dəyişdirilib.
“Xəstə genlər” dəyişdirilərək ürək xəstəliyinə səbəb olacaq mutasiya riski aradan qaldırılıb. Bu əməliyyat həyata keçirilərkən DNT-dəki digər genlər zərər görməyib. Araşdırmanın elm aləmində bir cığır açacağı bildirilir.
Araşdırmada istifadə edilən embrion inkişaf edib uşaq olmayacaq. Ancaq bununla yanaşı alimlər “bu dizaynla hazırlanan uşaqların” xəstəxanalarda görüləcəyi tarixin yaxın olduğunu deyib. Bu elmi kəşf nəticəsində valideynlərindən “pis genləri” miras alan uşaqlar hələ doğulmadan xəstəliklərdən xilas olacaq.
Bununla yanaşı, daha ağıllı və atletik bədənə sahib uşaqlar doğulacaq. Hətta bir gün valideynlər uşağın “sarışın, yoxsa əsmər” olması barədə qərar verə biləcəklər. Bu üsulun tətbiq edilməsi üçün hüquqi baza hazırlanması təklif edilib.
Gülxar
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu