Elm və təhsil
Hər birinci sinif şagirdi 72 summativ qiymətləndirmə yükündən azad olur
“Yaş və psixoloji xüsusiyyətləri ilə əlaqədar kiçik, böyük summativ qiymətləndirmənin ləğv edilməsi ilə hər birinci sinif şagirdi 72 summativ qiymətləndirmə yükündən azad olub”.
Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun “Azərbaycan müəllimi” qəzetinə məktəblərdə summative qiymətləndirmələrdə nəzərdə tutulan dəyişikliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, ikininci və üçüncü siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmələr olacaq.
“Kiçik summativ qiymətləndirmələri fənn müəllimləri həyata keçirir. Hazırda qüvvədə olan qaydaya görə, qiymətləndirmə vasitələrini müəllim özü seçir. İndiyədək il ərzində neçə kiçik summativ qiymətləndirmə keçirəcəyinə də müəllim özü qərar verib. Lakin artıq belə olmayacaq. Qaydalarda dəyişikliklərdən sonra keçiriləcək summativ qiymətləndirmələrin sayı da konkretləşib. Belə ki, orta təhsil səviyyəsində kiçik summativ qiymətləndirmələrin sayı hər yarım ildə 3-dən az olmamalıdır”.
Vidadi Bağırovun sözlərinə görə, bu şərt ona görə qoyulub ki, 1 və 2 qiymətləndirmə əldə edilən bilik və bacarıqları müəyyən etməkdə kifayət deyil.
“Azı 3 kiçik summativ qiymətləndirmə olmalıdır ki, şagirdlərin nəyə qadir olduqları ilə bağlı reallığı tam əks etdirsin. Qüvvədə olan qaydalara əsasən, böyük summativ qiymətləndirmələri məktəb rəhbərliyi aparır. Təcrübə göstərdi ki, böyük summativ qiymətləndirmələr bütün siniflərdə həyata keçirildiyindən məktəb rəhbərliyinin buna fiziki gücü çatmırdı. Odur ki, bu iş də müəllimlərin üzərinə atılırdı. Ona görə də gözləntilər nəticə vermirdi”.
V.Bağırov onu da vurğulayıb ki, yeni yanaşmada böyük summativ qiymətləndirmələrin sayı azalıb.
“Belə ki, ümumi təhsil pilləsində hər səviyyənin sonunda bütün fənlərdən böyük summativ qiymətləndirmə nəzərdə tutulub. Yəni, ibtidai təhsil səviyyəsinin sonunda - IV sinifdə, ümumi orta təhsil səviyyəsinin sonunda - IX sinifdə və tam orta təhsil səviyyəsinin sonunda - XI sinifdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçiriləcək. Bu da hər təhsil səviyyəsinin sonunda əldə edilən bilik və bacarıqların ölçülməsi məqsədi daşıyır. Digər siniflərdə - V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanları olan fənlərdən böyük summativ qiymətləndirmələr keçiriləcək. Bu da şagirdlərin buraxılış imtahanlarına daha yaxşı hazırlaşmalarını təmin etməkdən ötrüdür. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, böyük summativ qiymətləndirmənin sayının azalması məktəb rəhbərliyinə imkan verəcək ki, şagirdlərin nəyə qadir olduqlarını müəyyənləşdirib, bunu gələcək planlaşdırmalarında nəzərə ala bilsinlər”.
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB10 Mart 20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
















.jpg)




















