Nida Xəbər
Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkür etdi
Prezident Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden, COP29-un müvəffəqiyyətlə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib.
Bayden belə deyib: “Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik”.
Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, COP29 həm də tarixi konsensusa nail olmaq üçün mühüm bir platforma olub.
“Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”, - Bayden əlavə edib.
(Trend)
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region11 Noyabr 10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 11 Noyabr 10:19XİN Polşa və Anqolanı təbrik etdi






.jpg)












.jpg)



.jpg)















