“2” alan şagirdlər yuxarı sinfə KEÇƏ BİLMƏYƏCƏK
Bizi izləyin

Elm və təhsil

“2” alan şagirdlər yuxarı sinfə KEÇƏ BİLMƏYƏCƏK

Təhsil Nazirliyi xüsusi karantin dövründə orta təhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi ilə bağlı detalları açıqlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər.

2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm