Dərslər nə vaxt və hansı formada başlayacaq? – AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Dərslər nə vaxt və hansı formada başlayacaq? – AÇIQLAMA

Son günlər sentyabrdan təhsil müəssisələrində tədrisin bərpa edilməsi ilə bağlı məlumatlar gündəmə çevrilib. Bununla bağlı mütəxəssislər də müxtəlif təkliflər səsləndirirlər. Maraqlıdır, Nazirlər Kabineti yanında Operativ Qərargah tədrisin ənənəvi qaydada bərpa edilməsi ilə bağlı qərar qəbul edərsə, Təhsil Nazirliyi dərslərin keçirilmə formasını qısa müddətdə elan edə biləcəkmi?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, bununla bağlı təkliflər nazirlikdə müzakirə edilir.

“Son bir neçə aydır ki, yeni tədris ilinin keçirilmə forması ilə bağlı müzakirələr və işgüzar söhbətlər aparılır. Amma hazırda bununla bağlı qəbul edilmiş qərar yoxdur. Qərar qəbul edilərsə, ictimaiyyətə məlumat veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm