Sual kitabçaları abituriyentlərə niyə verilmir?
Bizi izləyin

Elm və təhsil

Sual kitabçaları abituriyentlərə niyə verilmir?

Dövlət İmtahan Mərkəzi imtahanlarda testlərdən istifadə olunması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, DİM təkcə test üsulu ilə imtahan keçirmir:

"Ekspertlər terminini düzgün səsləndirmirlər. Biz mərkəzləşdirilmiş imtahan keçiririk. Burada yazı, danışıq, açıq suallar və test sualları yer alır. Burada biliyin qiymətləndirilməsi aparılır və dünyada bu üsuldan istifadə olunur".

M.Abbaszadə sual kitabçalarının abituriyentlərə niyə verilmədiyinə də aydınlıq gətirib:

“Bizim test bankımız kifayət qədər zəngindir və biz bəzi imtahanlardan sonra imtahan suallarını paylayırıq. Lakin DİM tərəfindən müəyyən imtahanlardan sonra bu edilmir. Biz bəzi imtahanlardan sonra bunu etmirik. Buna da elmi əsasımız var”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm