Elm və təhsil
Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
DİM-dən Publika.az-a bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

-
Sağlamlıq06:40
Ürəyə faydalı, ömrü uzadan içki hansıdır?
-
Nida Xəbər 06:00
Əsgərimiz erməniləri ŞOKA SALDI: yanan texnikanı... - VİDEO
-
Nida Xəbər 01:30
Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO
-
Magazin201:11
Məşhur reperin qətlində şübhəli bilinən şəxs həbs edildi - 27 ildən sonra...
-
Dünya00:27
Livanda erməni təxribatı - 25 polis yaralandı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
Magazin129 Sentyabr 23:00
Xalq artisti Qənirə Paşayevanın arzusundan yazdı