Elm və təhsil
Səkkizinci sinifdə oxuyan şagirdin adı niyə jurnala yazılmayıb... - VİDEO
![](https://publika.az/storage/2023/11/29/1701286597_fotojet-7.jpg?v1722036887)
Gədəbəydə səkkizinci sinif şagirdinə növbəti tədris ilindən məktəbə gələ bilməyəcəyi deyilib.
Publika.az xəbər verir ki, şagirdin valideyni iddia edib ki, məktəbin direktoru səkkiz il uşağı xəlvət oxudaraq, adını jurnala yazmayıb. Məktəbə yeni direktor təyin ediləndən sonra isə vəziyyətin fərqli olduğu anlaşılıb.
Sözügedən məsələdə valideyn məktəbi, məktəb isə valideyini ittiham edib.
Gədəbəy rayonunun Şahdağ kənd sakini Mehparə Abdullayeva iddia edib ki, səkkizinci sinif şagirdi olan qızı bu günə kimi orta məktəbdə oxusa da, adı qeydiyyata salınmayıb.
Məktəbdən ailəyə bildirilib ki, şagirdin məktəb həyatı bu il yekunlaşacaq və o, digər siniflərdə təhsilinə davam edə bilməyəcək.
Şahdağ kənd orta məktəbinin direktoru Rəşad Mirzəyev bildirilib ki, sözügedən şagird üçün orta məktəbin birinci sinfinə vaxtından gec müraciət edilib. Mövcud qaydalara görə, uşaq səkkiz yaşından sonra müraciət etdiyindən o, fərdi təhsilə cəlb edilib.
Valideyn bildirib ki, onun övladına bu müdddət ərzində fərdi qaydada yox, digər şagirdlərlə birgə dərs keçilib. Məktəb rəhbərliyi isə bu fikirlərin əsassız olduğunu bildirib.
Ətraflı süjetdə:
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO