Magistratura imtahanına bu suallar da əlavə olunacaq
Bizi izləyin

Elm və təhsil

Magistratura imtahanına bu suallar da əlavə olunacaq

Magistraturaya qəbul imtahanına xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır:

"Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm