Ağdamdan ÜZÜCÜ XƏBƏR: xəsarət alan var
Bizi izləyin

Hadisə

Ağdamdan ÜZÜCÜ XƏBƏR: xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm