Əmlak
Binəqədidə bina sakinlərinin çıxarış dərdi - VİDEO
Binəqədi rayonunun 9-cu mikrorayonunda, Mir Cəlal küçəsində yerləşən binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmədiklərini iddia edirlər.
Publika.az xəbər verir ki, sakinlərin sözlərinə görə, mənzillərini illər əvvəl alsalar da, kommunal xidmətlərlə bağlı bəzi sənədlər də onların adına rəsmiləşdirilməyib.
“2016-cı ildə aldığım obyektdir. Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq. Üç ildir söz verirlər, amma əməl etmirlər”, – deyə sakinlərdən biri qeyd edib.
Digər sakin isə qarajda avtomobillərini saxlaya bilmədiklərini deyib.
Onun sözlərinə görə, binadakı mənzillərin sayı ilə qarajda nəzərdə tutulan avtomobil yerlərinin sayı təxminən eynidir.
Lakin iddiaya görə, həmin yerlərdən digər şəxslər də istifadə edir.
“Biz öz maşınımızı qarajda saxlaya bilmirik. Komendant o biri binanın sakinlərinə pul qarşılığında yer verir, bizə də deyir ki, yer yoxdur. Çıxarış olmadığı üçün də yolda maşın saxlaya bilmirik. Yaşadığımızı sübut edə bilmirik. Mən sabah yıxılıb ölsəm, bu ev göydə qalacaq, MTK-nın adınadır da”, – deyə sakin əlavə edib.
Daha ətraflı “Baku TV”nin süjetində:
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?







.jpg)





























