Foto
Memarlığın əlifbası - FOTOLAR
Barokko, rokokko, konstruktivizm, dekonstruktivizm, qotik, modernizm... Dünyanın hər tərəfində uzaqgörən arxitekturlar bizə bir-birindən gözəl, baxımlı binalar qoyub gediblər. İstər öz ölkəmizdə, istərsə də xaricdə olanda qeyri-ixtiyari olaraq bu tarixi tikililəri çeşidləyir, özlüyümüzdə gözəlliyinə, tərzinə görə sıralayırıq.
Publika.az dünyanın bu nəfis tikililərini bir daha gözdən keçirərək, onların hansı inşaat tərzinə aid olduğunu diqqətinizə çatdırır:
1. Əgər siz hündür və dairəvi, hamar sütunlu, əzəmətli bina görürsünüzsə, deməli klassisizm nümunəsinə baxırsınız. Belə binalardan doğma Bakımızda da görmək mümkündür.
2. Əgər klassisizm daha dəbdəbəli və möhtəşəm görünüşlüdürsə, onda bu, ampirdir.
3. Klassisizmi ciddilik yorubsa, bina daha sadə və yaşayış üçün istifadəyə yararlıdırsa, üzərində daş adamlar təsviri varsa, deməli barokkodur.
4. İncə, nəfis, qızılı rənglərlə haşiyələnmiş binalar rokoko üslubundadır.
5. Ultrarokoko isə zəriflik və mürəkkəbliyin birləşməsidir. Binaya baxanda üzərindəki oymaların, girinti-çıxıntıların çoxluğundan baş çıxarmaq olmur.
6. Daha bir incə detallarla işlənmiş, amma kəskin çıxıntıları olan, kənardan baxanda sanki iti ucluqları əlini kəsəcəkmiş kimi görünən binalar neoqotikadır.
7. Oyma və naxışları çox olan, amma kəskin ucluqları nisbətən ovallaşmış, üzərində əzabkeşlərin təsviri olan binalar isə qotik üsluba aiddir.
8. Binaya baxanda özünüzü yad planetdə hiss edirsinizsə, bu modernizmdir. Adama elə gəlir ki, bu dəqiqə binanın içindən gümüşü məxluqlar çıxacaq.
9. Əgər silindr formasında, nəhəng, sement borularda pəncərə açılıbmış kimi bina görürsünüzsə, bu konstruktivizmdir.
10. Dekonstruktivizm isə bədii əyrilik verilmiş tikililərdir. Sanki himə bənd olan bina bu dəqiqə aşacaq.
Şəfiqə ŞƏFA
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO