Gözəllik
Kosmetoloqdan xəbərdarlıq: Bu vasitələr qırışları daha nəzərəçarpan edir
30 yaşdan sonra skrab və turşulardan tez-tez istifadə etmək qırışları daha nəzərəçarpan edə bilər.
Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə həkim-kosmetoloq Anastasiya Savina bildirib.
Mütəxəssisin sözlərinə görə, bu yaşdan etibarən dəridə kollagen və elastin istehsalı azalır, hüceyrələrin yenilənməsi ləngiyir və dəri nəmi daha çətin saxlayır. Yanlış qulluq və qeyri-sağlam həyat tərzi isə yaşlanma əlamətlərini daha da nəzərəçarpan edə bilər.
Savina qeyd edib ki, skrablardan və turşulardan həddindən artıq istifadə, tərkibində spirt olan vasitələrin tətbiqi, eləcə də bir neçə aktiv komponentin eyni vaxtda istifadəsi dərinin qoruyucu baryerinə zərər verə bilər. Nəticədə qıcıqlanma, quruluq və qabıqlanma yaranır, hətta xırda qırışlar belə daha aydın görünür.
Kosmetoloq dərini qorumaq üçün ilboyu SPF 30 və daha yüksək qoruma göstəricisi olan günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, siqaretdən uzaq durmağı tövsiyə edib.
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
