Gözəllik
50 yaşdan yuxarı qadınlar üçün ən dəbli saç düzümləri açıqlandı - FOTO
Saç ustaları Kirsten Finniqan və Markos Duran Alvis 50 yaşdan yuxarı qadınlar üçün ən dəbli saç düzümlərini açıqlayıblar.
Publika.az xəbər verir ki, mütəxəssislərin şərhlərini “Elle” jurnalı dərc edib.
Ekspertlərin sözlərinə görə, yaş artdıqca saçlar nazikləşir və tökülmə halları çoxalır. Buna görə də onlar saçlara vizual həcm verən və xüsusi qulluq tələb etməyən kəsimlərə üstünlük verməyi məsləhət görürlər.
Siyahıda ilk yerdə açıq rəngli tellərlə tamamlanan çoxqatlı saç kəsimi qərarlaşıb. Mütəxəssislər bu saç düzümünü formaya salarkən saçları ağırlaşdıran, sıx teksturalı vasitələrdən istifadə etməməyi tövsiyə edirlər.
Saç ustalarının diqqət çəkdiyi digər seçim ön hissədə ucları daha dolğun görünən saç kəsimidir. Kirsten Finniqanın sözlərinə görə, bob və düz kəsimli digər saç modelləri nazik saçlar üçün əla seçimdir. Bu kəsimlər saçlara vizual həcm, tekstura və sıxlıq qazandırır, ucların daha qalın görünməsinə kömək edir. Bundan əlavə, piksi və qeyri-bərabər qatlı kəsimləri də sınamaq olar.
Mütəxəssislər yan ayrımlı saç düzümünü də dəbli seçimlər sırasına daxil ediblər. Digər tövsiyə isə başın təpə hissəsinin bütün çevrəsi boyunca qatlarla kəsilən, “halo” adlandırılan saç modelidir. Onların fikrincə, bu model xüsusilə uzun saçlı qadınlara yaraşır.
Siyahıda sonuncu yerdə isə afro buruq saç düzümü qərarlaşıb.
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...





































