Gözəllik
Arıqlama iynələrinin qorxunc təsiri - Mütəxəssisdən xəbərdarlıq
Son illər arıqlamaq istəyənlərin müraciət etdiyi zəifləmə iynələri bu dəfə başqa bir problemlə gündəmə gəlib. Sürətli çəki itkisi dərinin sallanmasına, dərin qırışların yaranmasına və üzdə çökmüş görünüşə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli dermatoloq Özlem Su Küçük iynələrlə bağlı açıqlaması ilə gündəm olub.
Mütəxəssis bildirib ki, piylənmə və diabetin müalicəsində istifadə olunan GLP-1 qrupundan olan preparatlarla sürətlə arıqlayan insanlarda üz nahiyəsində ciddi dəyişikliklər müşahidə oluna bilər. Onun sözlərinə görə, sürətli çəki itkisi əzələ kütləsinin də azalmasına gətirib çıxarır.
Professor qeyd edib ki, həftədə bir kiloqramdan çox çəki itirmək almacıq sümüklərinin daha qabarıq görünməsinə, gözaltı nahiyənin çökəkləşməsinə, yanaqların içəri çökməsinə, boyun və üz dərisinin sallanmasına səbəb ola bilər. Nəticədə insan olduğundan daha yaşlı görünə bilər.
O, bu səbəbdən dolğu prosedurlarına marağın artdığını da vurğulayıb və belə kosmetik müdaxilələrdən əvvəl mütləq dermatoloqla məsləhətləşməyi tövsiyə edib.
Mütəxəssis bildirib ki, bu dəyişikliklər yalnız zəifləmə iynələrindən istifadə edənlərdə deyil, piylənmə əməliyyatı keçirən və qısa müddətdə çox çəki itirən insanlarda da müşahidə olunur. (Axşam.az)
-
Ekopublika.az19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...














.jpg)





















.jpg)