İqtisadi gündəm
Avstriyada Cənubi Qafqaz Dinləmələri
Azərbaycanlı alim Vüqar Bayramov məşhur Avstriya İnkişaf Bankında dinləmələrə sədrlik edib.
Martın 24-də Avstryanın paytaxtı Vyana şəhərində Avstriya İnkişaf
Bankında Qafqaz Ölkələrinin İqtisadiyyatı ilə bağlı dinləmə
keçirilib. Dünyanın müxtəlif ölkələrinin və eləcə də beynəlxalq
təşkilatların 50-dən artıq nümayəndəsinin iştirkaı ilə keçirilən
dinləmədə Cənubi Qafqazı Azərbaycanlı iqtisadçı-alim Vüqar Bayramov
təmsil edilib. Dünyanın aparıcı banklarından hesab edilən Avstriya
İnkişaf Bankında ilk dəfə olaraq azərbaycanlı spiker çıxış edib. 4
saatda artıq davam edən dinləmələrdə Vüqar Bayramovun çıxışı ilə
yanaşı müxtəlif dövlətləri təmsil edilən rəsmillər və beynəlxalq
ekspertlər də fikirlərini bildiriblər.
V. Bayramov Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının
ayrı-ayırılıqda xarakterizə edərək regionun Avropanın enerji
təhlükəsizliyindəki rolundan danışıb: Azərbaycan istehsalçı,
Gürcüstan isə tranzit ölkə olaraq prosese töhvə verir. O bildirib
ki, sözügedən region ölkələrində iqtisadi inkişafın dayanıqlı
olması üçün daxili inkişaf mənbələrinin genişləndirilməsinə ehtiyac
var: inkişaf kənardan idxal edilmir və hətta idxal olunsa da belə
bu uzun müddətli ola bilməz.
Azərbaycanlı iqtisadçı bildirib ki, region iqtisadiyyatının 74
faizinə malik olan Azərbaycanda iqtisadi şaxələnmə islahatların
əsas hədəfi olmalıdır. Azərbaycanda tətbiq edilən Asan Xidmətin
korrupsiyaya qarşı mübarizədə digər ölkələr üçün də yaxşı bir model
olduğunu vurğulayan iqtisadçı-alim deyib ki, ölkə 2017-ci ilədək
neft hasilatını illik olaraq 40 milyon ton ətrafında stabilləşdirə
biləcək. 2014-cü ildə neft haslitanın ötən il ilə müqayisədə 43.4
milyon tondan 43.0 milyon tonadək azalmasının proqnozlaşdırılmasına
baxmayaraq BP qaz bumu başlananadık hasilatı stabilləşdirə biləcək.
Bunun üçün isə əsrin müqaviləsinin bitmə müddətinə yenidən baxılıb
uzadılmasına ehtiyac var.
Regionda çox-rəngli bir şəkilin çəkildiyini söyləyən V. Bayramov deyib ki, Gürcüstan avro-inteqrasiya prosesini sürətləndirib, Azərbaycan balanslı siyasət həyata keçirir, Ermənistan isə Gömrük İttifağına qoşulmaqla avro-inteqrasiya prosesinə praktiki olaraq son qoyub. Regiondakı münaqişələrin həll edilməməsi Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına neqativ təsir göstərdiyini deyən azərbaycanlı iqtisadçı regionda vahid bazar prinsipinin tətbiq edilməməsindən bütün ölkələrin itirdiyini bildirib.
V. Bayramov eyni zamanda Avropa Birliyi ilə region ölkələrinin
iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün konkret modellər təklif
edib.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ