Məmməd Əlizadə müxalifətə meydan oxudu: Birinci olacam
Bizi izləyin

İqtisadi gündəm

Məmməd Əlizadə müxalifətə meydan oxudu: Birinci olacam

Demokratik Azərbaycan Dünyası Partiyasının təsisçisi və keçmiş sədri, Milli Azadlıq Hərəkatının öncüllərindən biri Məmməd Əlizadə yaxın vaxtlarda fəal siyasətə qayıda bilər.

Bu barədə Publika.az-a Məmməd Əlizadə özü məlumat verib.

Hazırda yaradıcı fəaliyyətlə məşğul olduğunu vurğulayan M.Əlizadə gec-tez siyasətə qayıdacağını bildirib: “Mənim fəaliyyətimdə əsas prinsipim hər zaman birinci olmaqdır. Bütün fəaliyyətim dövründə ya var, ya da yox olmuşam. Heç zaman ortada olmamışam. Ona görə də yəqin ki, siyasətə qayıdan zaman birinci olacam”.

M.Əlizadə yeni partiya açmaq istədiyini də söyləyib: “Yeni partiya yaratmaq planlarım və bu istiqamətdə təkliflər də var. Bilirsiniz, mənim Bakı kəndlərində geniş əlaqələrim var. Eyni zamanda Bakı kəndlərinin Ayaz Mütəllibovla da geniş əlaqələri olub. Ona görə də bəzən Ayaz Mütəllibovun elektoratlarının mənə dəstək verməsi barədə cəmiyyətdə fikirlər dolaşır. Ancaq əslində bu, belə deyil. Mənim Ayaz Mütəllibovun siyasi xətti ilə heç bir əlaqəm olmayıb. Sadəcə olaraq mənim Bakı kəndlərində böyük hörmətim və əlaqələrim var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm