İqtisadi gündəm
Vergilər Nazirliyində KADR DƏYİŞİKLİKLƏRİ
Vergilər Nazirliyində çoxsaylı kadr dəyişiklikləri baş verib.
Fins.az xəbər verir ki, dəyişikliklər nazirliyin bəzi departamentlərinin rəhbərlərinə aiddir və böyük ehtimalla verg yığımları sahəsində vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.
Belə ki, Vergilər Nazirliyinin 1 saylı Xüsusi Rejimli Vergi Ödəyiciləri ilə iş departamentinin rəisi Natiq Şirinov vəzifəsindən azad edilərək nazirin müşaviri təyin edilib.
Onu bu vəzifədə nazirliyin ən təcrübəli əməkdaşlarından biri, indiyədək Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifələrini icra edən Habil Əliyev əvəzləyib. Qeyd edək ki, H.Əliyev həm də nazirin müşaviridir.
Habil Əliyevi isə bu vəzifədə onun müavini Raqif Məmmədov
əvəzləyib.
Digər dəyişiklik Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai
araşdırılması departamentinin rəhbərliyində baş verib. Həmin
departamentin rəhbəri Vüqar İsmayılov nazirliyin Daxili
təhlükəsizlik departamentinə gətirilib. Daxili təhlükəsizlik
departamentinə indiyədək rəhbərlik etmiş İlham Əhmədov isə vergi
cinayətkarlığına qarşı mübarizə departamentinə rəhbər təyin
edilib.
Qeyd edək ki, nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov və Əflatun Məmmədovdur.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi