İqtisadi gündəm
“Qazprom” mayın 7-dək müddət verdi
Rusiya Ukraynanın qaza görə olan borcunu 3,5 milyard dollara yüksəldib.
Bu azmış kimi borcu ödəmək üçün ukraynlara müddət təyin edib. Publika.Az-ın məlumatına görə, ölkənin energetika naziri Aleksandar Novak bildirib ki, Ukrayna tədarük etdiyi qazın haqqını 7 maya qədər ödəməlidir.
Əks halda “Qazprom” 16 mayda iyun ayı üçün ilkn hesab təqdim edəcək:“Əgər aprel ayında tədarük edilmiş qaz üçün ödəniş həyata keçrilməssə, 16 mayda “Qazprom” iyun ayı üçün ilkin hesab tələb edəcək. Ukrayna tərəfi 31 maya qədər hesab üzrə ödənişi həyata keçirmək imkanı olacaq.
Onda iyun ayında tədarük ediləcək qaz 31 maya qədər ödənilmiş vəsaitə uyğun olacaq”.Nazir vurğulayıb ki, bu qazın məhdudlaşdırılması deyil. Sadəcə olaraq 1 iyundan Ukrayna həyata keçirdiyi ödənişə uyğun həcmdə qaz alacaq. Novak həmçinin bildirib ki, hazırda qazın qiyməti müzakirə edilmir.
Onun sözlərinə görə 2009-cu ildəki müqavilə etibarlıdır. Qeyd edək ki, artiq aprel ayından ”Qazprom” II rübə uyğun olaraq Ukraynaya qazın qiymətini 1,5 dəfə artıraraq 485 dollara qədər yüksəldib.
İqtisadiyyat şöbəsi
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ