İqtisadi gündəm
Yeni 50 avroluq əsginas dövriyyəyə buraxıldı - - FOTO
Avropa seriyasının dördüncü əsginası olan yeni 50 avroluq əsginas dövriyyəyə buraxılıb.
Publika.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.
Avro hiyləgərliyinə qarşı daha güclü müqavimət göstərmək üçün belə bir addım atıldığı bildirilən açıqlamada yeni 50 avroluq əsginasda ilk dəfə olaraq 20 avroluq əsginasda istifadə edilən yeni və innovativ "portret pəncərəsi" texnologiyasından istifadə olunub. Əsginasın işığa tutulduqda holoqramın üst hissəsindəki pəncərənin şəffaf hala gəldiyi və yunan mifologiyasında bir fiqur olan "Europe"nin portretinin kağız pulun iki tərəfindən göründüyü bildirilib.
Qeyd edilib ki, bazarda 9 milyard ədəddən çox 50 avroluq əsginas var və bu, bütün avro əsginaslarının 46 faizini təşkil edir. Yeni və köhnə 50 avroluq əsginaslar eyni vaxtda istifadə edilməyə davam edəcək və daha sonra isə köhnələri tədricən dövriyyədən çıxarılacaq.
Bildirilib ki, 2019-ci ilin əvvəlindən isə yeni 100 və 200 avroluq əsginaslardan bazarda istifadə olunmağa başlanılacaq.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək