Aydın Əliyev: "Azərbaycan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə cavabdehdir"
Bizi izləyin

İqtisadi gündəm

Aydın Əliyev: "Azərbaycan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə cavabdehdir"

Azərbaycana gələn Rusiya nümayəndə heyəti ixrac olunan məhsulların keyfiyyəti barədə əmin ola bilərlər.

Azərbaycan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının mənşəyinə və keyfiyyətinə cavabdehdir.

Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Meyvə-tərəvəz məhsullarının Azərbaycan ərazisindən Rusiya ərazisinə daşınması məsələsi barədə danışan A.Əliyev qeyd edib ki, Azərbaycana gələn Rusiya nümayəndə heyəti ixrac olunan məhsulların keyfiyyəti barədə əmin ola bilərlər:

“Danışıqlardan sonra Rusiya nümayəndə heyəti müxtəlif təsərrüfatlarla tanış ola bilər. Qonaqlarımız özləri əmin ola bilərlər ki, biz kənd təsərrüfatı məhsullarının mənşəyinə və keyfiyyətinə cavabdehik”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm