• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

İtaliya mətbuatı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə yazır

İtaliya mətbuatı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə yazır

İtaliyanın iqtisadi xəbərlərə dair "Teleborsa" mətbuat agentliyinin saytında "Azərbaycan: Ələtdə yerləşən yeni Bakı Limanı Avrasiya bazarları üçün mərkəz və strateji qovşaq rolunu oynayır" adlı məqalə dərc olunmuşdur.

Publika.az xəbər verir ki, bu məqalə İtaliyanın digər aparıcı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuş, eyni zamanda “La Repubblica”, “La Stampa”, “İl Messaggero”, “Qui Finanza” və sair kimi aparıcı qəzet və xəbər portallarında da dərc olunmuşdur.

Məqalədə Bakı dəniz limanının tarixi, yenidən qurulması, strateji əhəmiyyəti və gələcək perspektivlərindən bəhs olunur. Göstərilir ki, 1902-ci ildə tikilmiş Bakı dəniz limanı Qərb və Şərq arasında tarixi İpək Yolu, həmçinin Şimali Avropa, Rusiya, Yaxın Şərq və Cənubi Asiyanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi kimi körpü rolunu oynayır.

Bildirilir ki, dəniz limanının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəniz limanının yenidən qurulması iqtisadiyyatın şaxələndirilməsi üçün strateji layihə kimi hökumətin prioritetləri siyahısına daxil edilmişdir.

Ələt ərazisində limanın yenidən qurulması və genişləndirilməsi haqqında məlumat verən məqalədə yeni dəniz limanının tikintisinin ilk mərhələsinin 2017-ci ilin sonlarında başa çatacağı və 10-11 milyon ton yük qəbul edəcəyi və tikintinin tam başa çatmasından sonra limanın 25 milyon ton civarında yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olacağı bildirilir.

Məqalədə, həmçinin yeni dəniz limanının strateji əhəmiyyəti, ölkəmiz üçün iqtisadi faydası haqqında danışılaraq göstərilir ki, liman Avropa və Asiya arasında yerləşməklə və Çin, Rusiya, Türkiyə kimi vacib bazarlara giriş təmin etməklə, Avrasiya regionunda ən əhəmiyyətli ticarət və logistik qovşaq rolunu oynayacaqdır.

Sonda qeyd olunur ki, yeni dəniz limanı əsas Avrasiya bazarlarından çox əlverişli məsafədə: İran bazarından 200 km, Rusiya bazarından 250 km və Türkiyə bazarından isə 1000 km məsafədə yerləşir və Azərbaycan hökuməti tərəfindən irəli sürülən bu layihə Avropa və digər ölkələr ilə qarşılıqlı ticarəti və sərmayə imkanlarını daha da genişləndirmək iqtidarına malik olacaqdır.

Məqalələrlə ilə aşağıdakı linklərdən tanış olmaq olar:

http://www.teleborsa.it/News/2017/04/13/azerbaijan-il-nuovo-porto-di-baku-ad-alyat-hub-e-snodo-strategico-per-mercati-eurasia-7.html#.WO82wvmGOM8

http://finanza.repubblica.it/News_Dettaglio.aspx?code=7&dt=2017-04-13&src=TLB

http://finanza.lastampa.it/News/2017/04/13/azerbaijan-il-nuovo-porto-di-baku-ad-alyat-hub-e-snodo-strategico-per-mercati-eurasia/N18yMDE3LTA0LTEzX1RMQg

http://economia.ilmessaggero.it/flashnews/azerbaijan_il_nuovo_porto_di_baku_ad_alyat_hub_e_snodo_strategico_per_mercati_eurasia-2378900.html

http://quifinanza.it/finanza/azerbaijan-il-nuovo-porto-di-baku-ad-alyat-hub-e-snodo-strategico-per-mercati-eurasia/116349/

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR