• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Musa Quliyev: “Azərbaycan əhalisinin sosial rifahı daha da yaxşılaşacaq”

Musa Quliyev: “Azərbaycan əhalisinin sosial rifahı daha da yaxşılaşacaq”

“Ötən gün Yevlaxda cənab Prezidentin rəhbərliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. Bu müşavirənin çox böyük tarixi, iqtisadi və sosial-ictimai əhəmiyyəti var”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Musa Quliyev bildirib.

M.Quliyev deyib ki, müşavirə zamanı ölkə başçısı bir çox məsələlərə toxunub.

Onun sözlərinə görə, müşavirədə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda ərzaq təhlükəsizliyi, ölkədə idxal məhsullarının yetişdirilməsi, ölkə əhalisinin yerli məhsullarla təmin olunması, qeyri-neft sektorunun, o cümlədən Azərbaycan brendinin formalaşdırılması və dünya bazarına çıxarılması, qeyri-neft sektorundan valyuta gəlirlərinin artırılması və digər bu kimi məsələlərə toxunub:

“Cənab Prezident göstərdi ki, artıq Azərbaycanda qeyri-neft sektorunun önəmli bir sahəyə çevrilməsi prosesi gedir. Bu məsələ uzun illərdir ki, Azərbaycan iqtidarının apardığı uğurlu siyasət nəticəsində fundamental şəkildə həll olunur. Cənab Prezidentin sərəncamları ilə 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub, Strateji Yol Xəritəsi hazırlanıb və sairə. Bütün bu proqramlar da Azərbaycanın sosial rifahının daha yaxşılaşması üçün həyata keçirilir. Ölkə başçısı Yevlaxda keçirdiyi müşavirədə xüsusilə aqrar sektorun, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bunun üçün də Azərbaycan hökuməti sahibkarlara və fermerlərə ciddi dəstək və güzəştlər edir”.

Deputat qeyd edib ki, pambıqçılıq, tütünçülük, baramaçılıq, üzümçülük, fındıqçılıq, badamçılıq, zeytunçuluq, heyvandarlıq və digər sahələrin inkişaf etdirilməsi və dünyaya ixrac edilməsi üçün xaricdə yaşayan diaspora və diplomatik nümayəndəliklərimizin də töhfəsi mütləq lazımdır:

“Bunu cənab Prezident də xüsusi vurğulayıb. Eyni zamanda, cənab Prezident ölkədə sənayenin intensivləşməsinin və sənaye parklarının yaradılmasının da vacib olduğunu söyləyib. Bütün bu sahələr inkişaf etdirildikcə, Azərbaycana daha çox valyuta gələcək və yeni iş yerləri yaradılacaq. Nəticədə isə Azərbaycan əhalisinin sosial rifahı daha da yaxşılaşacaq”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR