İqtisadi gündəm
Neft-qaz sektorunda istehsal azalıb
Yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 11,0 milyard manatlıq məhsul istehsal olunub.
Publika.Az xəbər verir ki, sənaye məhsulunun 72,5 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 14,1 milyon ton neft, 6,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,8 faizini təşkil edib.
Qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə olunub. İstehsal edilmiş sənaye məhsulunun 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 4,3 faiz üstələmiş, neft-qaz sektorunda isə 2,9 faiz azalıb. Ümumi sənaye istehsalının 93,3 faizi malların (əmtəələrin), 6,7 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunub.
Iqtisadiyyat şöbəsi
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA