İqtisadi gündəm
Bakıdakı varlı ailələrin sayı açıqlanıb – HESABAT
Bakıda yaşayan hər 9 ailədən biri varlıdır. Fins.az-ın "Turan"a istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur. Komitənin məlumatlarına görə, 2013-cü ildə Azərbaycanda varlı ailələrin sayı ümumi ailələrin 5,2%-ni təşkil edib.
Qeyd edək ki, varlı ailələr - adambaşına aylıq gəliri 300 manatdan çox olanlar sayılır. Paytaxtda varlı ailələrin sayı daha çoxdur. Bakılıların 11,1%-nin adambaşına aylıq gəliri 300 manatdan çoxdur. Bu, ötən ilkindən 6% artıqdır. Paytaxtda ailələrin 43%-də hər ailə üzvü 200 manat və daha çox qazanır. Ölkə üzrə bu ailələr 28,3%-dir.
Bakıda 100 manatadək gəliri olanlar 0,7% təşkil edir. Ölkə üzrə
bu göstərici 0,5%-dir. Naxçıvan MR-da ayda adambaşına 105 manatdan
az qazanan ailə yoxdur.
Dağlıq Şirvan iqtisadi rayonunda varlılar daha azdır – 1,2%. İl
ərzində onların sayı 0,8% azalıb.
2013-cü ildə adambaşına ayda 100-200 manat və 200-300 manat alanların strukturunda dəyişiklik olub. 2012-ci ildə adambaşına ayda 100-200 manat qazananlar 75,3% olub, ötən il 65,6%-ə düşüb. Adambaşına ayda 200-300 manat qazananlar isə artıb - 2012-ci ildəki 19,4%-ə qarşı 23,1%.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ