FED-in sentyabr iclasında uçot dərəcəsi arta bilər
Bizi izləyin

İqtisadi gündəm

FED-in sentyabr iclasında uçot dərəcəsi arta bilər

Maliyyə bazarlarında investorların əsas diqqəti avqustun 11-də ABŞ-ın inflyasiya göstəricisinə yönəldilib. İnflyasiyanın səviyyəsi FED-in sentyabrdakı iclasda verəcəyi qərarlara birbaşa təsir edəcək. Analitiklər inflasiyanın iyul ayında 0,2% olacağını proqnozlaşdırırlar.

Publika.az Report-a istinadən xəbər verir ki, illik inflyasiyanın sürətlənərək 1,7%-ə çatması, ərzaq və enerji resurslarının qiymətini özündə əks etdirməyən baza inflyasiyasını da 0,2% səviyyəsində artıracaq. Əgər bu, son göstərici gözləntiləri aşarsa, o zaman FED-in sentyabr iclasında uçot dərəcəsini artırması, monetar ekspansiyanı azaltması mümkün olacaq.

Bu həftə həmçinin FED üzvlərindən Nyu-York Mərkəzi Bankının rəhbəri Uilyam Dadli (William Dudley), Sent-Luis ştatı rəhbəri Ceyms Ballard (James Bullard) və Minneapolisdən Nil Kaşkarinin (Neel Kashkari) çıxışları olacaq.

Sabah isə Çin üzrə iyul ayının ticarət balansı açıqlanacaq. Analitiklərin proqnozlarına görə, iyul ayında Çin ixracının illik 10,9%, idxalın isə 16,6% artacağı ehtimal edilir.

B.Britaniyada sabah iyun ayı üzrə emal sənayesinin istehsal həcmi açıqlanacaq. Analitiklər may ayında 0,2%-lik azalmadan sonra iyunda bu göstəricidə dəyişiklik gözləmirlər.

Həftə ərzində OPEC-in IEA-nın neft bazarı üzrə aylıq hesabatının açqılanması gözlənilir. Hesabatların nəticəsi neft bazarının inkişaf perspektivlərini müəyyən etməyə imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm