Bu ölkə də azad olmaq istəyir: Britaniya Birliyindən çıxır
Bizi izləyin

Dünya

Bu ölkə də azad olmaq istəyir: Britaniya Birliyindən çıxır

Yamayka xarici işlər nazirinin müavini Allando Terelonq bildirib ki, Yamayka hökuməti 2025-ci ildə keçiriləcək növbəti ümumi seçkilərə qədər Britaniya monarxı III Çarlzın nominal hakimiyyətindən qoparaq respublikaya çevrilmək üçün islahatlar həyata keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, nazir müavini bu barədə "İndependent" qəzetinə müsahibəsində deyib.

“Biz ümidliyik ki, 2025-ci ilə qədər bu islahatları başa çatdıracağıq və özümüzü Britaniya monarxından xilas edəcəyik. O, bir fiqur olsa da, əsl güc Yamayka hökuməti və Yamayka xalqındadır”, - nazir müavini deyib.

Onun sözlərinə görə, bu yolla onlar Böyük Britaniya tərəfindən qəddarlığa və əsarətə məruz qalan əcdadlarına ehtiram göstərə biləcəklər. "Biz konstitusiyamızı hazırlayanlara, Yamaykanın indi həqiqətən azad və müstəqil olmasını təmin etmək üçün milli qəhrəmanlarımızın gördüyü işlərə borcluyuq", - o deyib.

Yamayka respublika olmaq üçün yeni konstitusiya layihəsini yerli parlamentin hər iki palatasının təsdiqinə təqdim etməlidir, ondan sonra ölkənin statusu ilə bağlı referendum keçiriləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm