• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Milli Məclis 20 milyardlıq büdcənin müzakirəsinə başladı

Milli Məclis 20 milyardlıq büdcənin müzakirəsinə başladı

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” layihə müzakirə edilir.

Publika.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə iqtisadi inkişafa nail olunub:

“2017-ci ildə mühüm hadisələr baş verib. Bu il Əsrin Müqaviləsi 2050-ci ilə qədər uzadılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdırılıb.Büdcə zərfi sənədləri ölkədə dinamik inkişafı özündə əks etdirir. Qeyri-neft sektorunun payı büdcədə 50 faizə çatıb. İqtisadiyyatın şaxələndirilməsi, infrostrukturun inkişafı, maliyyə imkanları nəzərə çarpır. Məhz bu siyasətin nəticəsidir ki, Davos Formunun hesabatına görə, Azərbaycan 140 ölkə arasında arasında 35-ci yerə yüksəlib”.

İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2017-ci ildə ölkənin iqtisadi siyasətində mühüm hadisələr baş verib:

"Büdcə zərfinə daxil olan məsələlər parlamentin müvafiq komitələrində geniş müzakirə edilib. Ölkədə maliyyə sabitliyi var. 2017-ci ildə dövlət maliyyə vəsaitlərini artırıb. Dövlət büdcəsinin proqnoz göstəriciləri 2017-ci illə müqayisədə 20 faiz çoxdur. Proqnoz göstəricilərinə əsasən, Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 750 milyon manat köçürülmə gözlənilsə də, 2,2 milyard manat köçürülüb. Bu ilin ilk 10 ayı ərzindən vergidən daxilolmalar 4,8 faiz artıb”.

Z.Səmədzadə əlavə edib ki, əsas məsələlərdən biri dövlət büdcəsində neftin qiyməti ilə bağlıdır:

“Bununla bağlı ictimai müzakirələr aparılıb. Sonda dövlət büdcəsində 1 barel neftin qiyməti 45 dollar müəyyən edilib. Bu qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək”.

Qeyd edək ki, hazırda büdcə müzakirələri davam edir.

2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulub.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR