İqtisadi gündəm
İpoteka istiqrazlarının həcminə dair tələb dəyişdi
Nazirlər Kabineti “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, bu Qayda “Azərbaycan İpoteka Fondu” ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.
Qaydaya əsasən zamin Azərbaycan Respublikası adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində çıxış edən Maliyyə Nazirliyidir. Emitent isə ipoteka istiqrazlarının emissiyasını bu Qaydaya uyğun həyata keçirən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətidir. İndiyə qədər emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının deyil, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alınacaq.
“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edib. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alıb. Dəyişikliyə əsasən artıq bu sahədə əsas səlahiyyətli orqan Nazirlər Kabineti olacaq. Başqa sözlə, “Azərbaycan İpoteka Fondu” ASC ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri Maliyyə Nazirliyi ilə razılaşdıracaq. Eyni zamanda həmin təkliflər razılaşdırıldıqdan sonra ipoteka istiqrazlarının emissiyasının illik həcminin və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alacaq.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO