"Yeganə maneə Rusiyanın..." - ABŞ-dan TAP-a DƏSTƏK
Bizi izləyin

İqtisadi gündəm

"Yeganə maneə Rusiyanın..." - ABŞ-dan TAP-a DƏSTƏK

Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin (TAP) çəkilməsini dəstəkləməlidir.

"Washington Examiner" nəşrinin yazdığına görə, bu barədə Amerikalı konqresmen Devin Nunes bildirib.

Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə üsuludur. Belə olan halda, Avropa ölkələri, xüsusilə də, Almaniya daha "Rus ayısı"nı pul ilə bəsləməyəcək.

Nunes həmçinin bildirib ki, bu qaz kəməri üçün yeganə maneə Rusiyanın İtaliyada apardığı təbliğatdır. Moskva bu təbliğatın köməkliyi ilə layihənin həyata keçirilməsinə mane olmaq məqsədi ilə yalan məlumat yayır.

"Transadriatik qaz kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranmış olacaq. Bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığını aşağı salacaq", - deyə konqresmen əlavə edib (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm