İqtisadi gündəm
Vergi Məcəlləsinə 162 dəyişiklik ediləcək
Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Z.Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.
Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur:
"Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur".
Z.Səmədzadə vurğulayıb ki, hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir ki, bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə törədir: "Dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur".
Komitə sədrinin sözlərinə görə, dəyişikliklər hazırlanarkən dünya ölkələrinin qabaqcıl təcrübələrindən istifadə olunub: "Bu dəyişikliklər, eyni zamanda vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, sahibkarların uzun illərdir qaldırdıqları məsələlərin həll edilməsinə öz müsbət təsirini göstərəcək". (trend)
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur









.jpg)

.jpg)




.jpg)



















.jpg)
.jpg)

