Anasını və arvadını belə tanımır: Məşhur aktyorun yeni görüntüsü gündəm oldu - FOTO
Bizi izləyin

Magazin2

Anasını və arvadını belə tanımır: Məşhur aktyorun yeni görüntüsü gündəm oldu - FOTO

Anasını və arvadını belə tanımır: Məşhur aktyorun yeni görüntüsü gündəm oldu - FOTO

Məşhur aktyorlar Brüs Uillis ilə Demi Murun qızı Tallula sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.

Publika.az xəbər verir ki, o, ağır xəstə olan atası ilə çəkdirdiyi yeni fotosunu "İnstagram" hesabında yayıb.

Fotoda 32 yaşlı Tallula və 71 yaşlı Brüs Uillisin yelləncəkdə oturması əks olunub. Qadın atasının əlini tutaraq onu qucaqlayıb. Dünya ulduzu olan məşhur aktyor isə çəhrayı polo köynək, tünd mavi şalvar geyinib və fotoqrafa tərəf baxmayıb.

Xatırladaq ki, 2023-cü ilin fevral ayında ulduzun ailəsi Uillisə qoyulmuş ilkin diaqnozun- afaziyanın səhv olduğunu bəyan etdi. Məlum olub ki, sənətçidə frontotemporal demensiya inkişaf edib. Bu xəstəlik tədricən idrak qabiliyyətinin geriləməsinə, beyin funksiyalarının inkişadan qalmasına səbəb olur. Uillis artıq anasını, eləcə də boşandıqdan sonra dost kimi bir yerdə qaldığı keçmiş həyat yoldaşı aktrisa Demi Muru tanımır. Hər iki qadın bundan şoka düşmüşdü.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm