İqtisadi gündəm
İrandan Azərbaycana Qarabağ dəstəyi
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi cəhbə xəttində şəhid olan hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Nazir bildirib ki, bu günlərdə Azərbaycanlı qardaşlarımız
ermənilərlə təmas xəttində şəhid olublar:
“Özüm və dövlətim adından Azərbaycan xalqına və dövlətinə
başsağlığı verirəm. Siz bizim Azərbaycanla bağlı baxışımızı çox
yaxşı bilirsiniz. İran İslam Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
Ermənistanla münaqişədə həm İran dövləti, həm də İran xalqı bütün
lazımı köməkliyi göstərdilər və indi də göstərirlər ki, bu münaqişə
sülh yolu ilə həll olunsun. Bu münaqişədə həyatlarını qurban
verənlərə rəhmət diləyir və qaçqınlara həmdəm olduğumuzu
bildiririk.
İran çalışır ki, bu münaqişə Azərbaycan tərəfinin xeyrinə həll
olunsun. İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi
bütövlüyünü rəsmi şəkildə dəstəkləyir. İnşallah bu münaqişə öz
müsbət həllini tapsın, qaçqınlar öz doğma yurd-yuvalarına, öz doğma
şəhərlərinə qayıtsınlar və onlar da öz şəhərlərini eyni ilə digər
şəhərləriniz kimi tikib yaratsınlar, qursunlar. Azərbaycanda
insanları rifah içində yaşayan gördüm, çox canlı, çox həyat dolu
insanlar gördüm və bundan çox sevindim”.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər