İqtisadi gündəm
“Dağlıq Qarabağ münaqişəsi Avropanın üzündə ləkədir”
“Təmas xəttindəki zorakılıqlar bizi çox narahat edir. Bu
münaqişə donmayıb. Onun donduğunu oğlu cəbhədə yaralanmış ataya,
anaya deyin. Eskalasiyanın qarşısını almaq üçün addımlar
atılmalıdır,” deyə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms
Uorlik Amerikanın Səsinin erməni xidmətinə müsahibədə
bidlirib.
Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşmələrindən
məmnunluğunu ifadə edən həmsədr bu növ təmasların çoxalmasını
arzuladığını bildirib. O, ümid etdiyini bildirib ki, prezidentlər
bu görüşün nəticəsi olaraq zorakılıqların dayandırılması üzərində
razılığa gələ biləcəklər.
“Biz həmçinin ümid edirik ki, tərəflər kəskin ritorikadan
yayınacaqlar. Təhrikedici bəyanatlar bizi sülhə yaxınlaşdırmır.
Kəskin ritorikaya son qoyulmaldır,” deyə cənab Uorlik bəyan
edib.
Amerikalı rəsmi əmin olduğunu bildirib ki, hər iki prezident
münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqdir. “Onlar
məsələnin danışıqlar yolu ilə həll edilməsini istəyirlər, əlavə
zorakılıqlar istəmirlər,” deyə o bildirib.
Rusiyanın münaqişənin çözülməsində müsbət rol oynadığını deyən
səfir Uorlik Moskvanın Azərbaycana silah satmasını problem kimi
görmədiyini söyləyib. O, əmin olduğunu bidirib ki, Rusiya öz cənub
sərhədlərində sülh və sabitlik görmək istəyir.
“Dünyada bu qədər konfliktin fonunda Dağlıq Qarabağın rolu kiçilmiş
görünürmü?” sualını cavablandıran Ceyms Uorlik Dağlıq Qarabaq
münaqişəsinin həll olunmasının prioritet olduğunu deyib.
“Bizim hədəfimiz bütöv, azad və sülh içərisində yaşayan Avropadır.
Dağlıq Qarabağ Avropanın üzündə ləkə olaraq qalır.” Cənab Uorlik
mövcud münaqişənin həlli istiqamətində bütün tərəflərin eyni
hədəfləri paylaşdığını söyləyib.
Amerikanın Səsi
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO