İqtisadi gündəm
Prezident ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu
sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanda nəqliyyat
infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli
xidmət vasitələrinin yaradıldığı bildirildi, bu istiqamətdə böyük
layihələrin həyata keçirilməsinin önəmi qeyd olundu.
Görüşdə, həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə
etdiyi iqtisadi uğurlar nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat
daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi
vurğulandı.
Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada
iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək
qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO