İqtisadi gündəm
Nazirdən müharibə mesajı
“Xalqımızın illərdən bəri üzləşdiyi münaqişənin
mahiyyəti şəxsi heyətə izah edilməli və doğma torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda mübarizənin bizim ədalətli işimiz
olduğu aşılanmalıdır. Yəni əsgərlərimizin müharibəyə hazır
olmasının əsas zərurəti yalnız xalqımızın ədalətli mübarizəsindən -
doğma torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlir.
Əgər işğalçı dövlət ölkəmizin ərazi bütövlüyünün sülh yolu ilə
təmin olunmasına razılaşmayacaqsa, onda Azərbaycan hərbi yolla bu
məsələnin həllində israrlı olacaq”.
ANS PRESS-in məlunmatına görə, bunu Azərbaycan Respublikasının
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri
müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşü
zamanı deyib.
“Bu gün dövlət rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham
Əliyev tərəfindən orduya böyük diqqət və qayğı vardır. Həm Silahlı
Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin
edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı
bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini qarşıda duran mühüm
vəzifənin icrasına torpaqlarımızın işğaldan azad edilməsinə
səfərbər etmək qarşımızda dayanan ən mühüm vəzifədir. Bu baxımdan
şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və
zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas
şərt gənc döyüşçülərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə
edilməsidir. Bu məqsədlə şəxsi heyətin şüuruna dövlətin və xalqın
mənafeyini müdafiə etmək hissləri aşılanmalıdır. Hər bir gənc
döyüşçü hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə
apardığını dərindən dərk etməlidir".-deyə nazir öz çıxəşənda
bildirib.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu