İqtisadi gündəm
MB-da struktur dəyişikliyi davam edir - YENİLƏNDİ

Azərbaycan Mərkəzi Bankında daha 4 yeni şöbə yaradılıb.
Publika.az xəbər verir ki, bunlar Yeni binanın tikintisi şöbəsi, Lisenziyalaşdırma şöbəsi, İnformasiya və kibertəhlükəsizlik şöbəsi və Əməliyyat riskləri şöbəsidir.
Onlardan ikisinin rəhbərliyinə təyinat olub. Belə ki, İnformasiya və kibertəhlükəsizlik şöbəsinə Elvin Şahverdiyev, Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin edilib.
xxx
Azərbaycan Mərkəzi Bankının (AMB) "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə, "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti"nə dəyişdirilib.
Publika.az bu barədə quruma istinadən xəbər verir.
Bundan başqa, AMB-nin Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb.
Məlumata görə, indiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub.
Xatırladaq ki, bundan əvvəl AMB-nin "İnzibati departament"inin və "Sığorta fəaliyyətinə nəzarəti departamenti"nin adı müvafiq olaraq "İnzibati və satınalmalar departamenti"nə və "Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə dəyişdirilib.

-
Sosial17:35
Baş nazir sərəncam imzaladı
-
Dünya17:26
Görün ermənilər kosmosa nə göndərirlər - FOTO
-
Sosial16:40
Bu məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO
-
Cənubi Qafqaz16:15
Rus hərbçilər Ermənistanda səngər qazır: toqquşmaya hazırlıq başladı - FOTO
-
Qadın16:00
Şok! 70 yaşlı "lənətlənmiş qadın" əkiz uşaq doğdu - FOTO
-
Dünya15:10
Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
-
Hadisə14:50
Azərbaycanda polkovnik vəfat etdi - Foto
-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR