İqtisadi gündəm
Azərbaycanda zəlzələlərin baş verməsinin səbəbi açıqlandı
“Fevralın 10-da Hacıqabul rayonu ərazisində baş verən zəlzələ Azərbaycanda olan digər zəlzələ ocaqlarını oyadıb. Son günlər Qəbələ rayonu ərazisində baş verən zəlzələlər də bunun nəticəsidir”. Bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişli deyib ki, Qəbələdə sentyabrın 29-da baş verən zəlzələlər (maqnitudası 5,4, dərinliyi 10 km olan zəlzələ hiss olunub) nəticəsində hələ ki, avtoşoklar davam edir: “Sentyabrın 29-dan bu günə qədər həmin ərazidən 80-dən artıq avtoşoklar qeydə alınıb. Düzdür, son iki gündə avtoşoklar dayanmışdı. Bu gecə qeydə alınan avtoşok ən güclüsü idi”.
Onun sözlərinə görə, qeydə alınan zəlzələlərin dərinliyi az olduğu üçün daha qabarıq hiss olunur.
Q.Yetirmişli bildirib ki, ölkə ərazisində və Xəzər dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər həqiqətə uyğun deyil.
Qeyd edək ki, bu gecə və səhər Qəbələdə və Şəkidə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən Trend-ə bildiriblər ki, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Yerin 5 km dərinliyində baş verən zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.
Xatırladaq ki, bu ilin fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdı. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olmuşdu. Baş vermiş zəlzələnin ocağında ən azı son 40 il ərzində elə güclü zəlzələ baş verməyib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi