İqtisadi gündəm
İlin sonunadək bu məhsullar 15 faiz bahalaşacaq

Rusların 44%-i ət və quş ətinin qiymətində artım müşahidə edib.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, son 1 ay ərzində ət və quş ətinin qiymətləri ən çox Rusiyada dəyişib. 1,5 min vətəndaş arasında keçirilən sorğunun nəticələrinə əsasən, ən bahalı mallar İctimai Rəy Fondunun analitikləri tərəfindən açıqlanıb.
Respondentlərin demək olar ki, yarısı (44 faiz) ətin qiymətində artım olduğunu bildirib. Onlar həmçinin balıq və dəniz məhsullarının (29 faiz), süd və süd məhsullarının, o cümlədən, şəkərin (hər biri 26 faiz) bahalaşmasına diqqət çəkiblər. Qiymətləri ən çox bahalaşan malların siyahısına çörək və çörək məhsulları da (24 faiz) daxil olub.
Qeyri-ərzaq məhsulları arasında ən çox nəzərə çarpan qiymət artımı benzin (41 faiz), dərman və dərman vasitələri (31 faiz), geyim və ayaqqabı (23 faiz), tikinti materialları (22 faiz) və elektronika və məişət texnikasında (18 faiz) qeydə alınıb.
Məlumata görə, ruslara həmçinin 2023-cü ilin sonuna qədər toyuq yumurtasının 15 faiz, ətin isə 5 faiz bahalaşa biləcəyi barədə xəbərdarlıq edilib.
Mehti Kamiloğlu

-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO
-
ABŞ28 Noyabr 22:12
ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"
-
Sosial28 Noyabr 20:50
Arvadından bir ay sonra da özü öldü
-
Magazin128 Noyabr 20:30
Pasterdən şok addım: "Görməmisən dəli" - FOTO