İqtisadi gündəm
Azərbaycanda problemli kreditlərin həcmi artıb: Banklarda nə baş verir?
“Vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub: həmin müddətdə 7.9 milyon manat azalma. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm eyni zamanda illik yekun olub. Bu o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb”.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, milli valyutada vaxtı keçmiş kreditlərin həcminin artması hələ də bir sıra banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti və eləcə də potensial risklər tam nəzərə alınmadan kreditləşməyə getməsi ilə bağlıdır:
“Bank kreditləşməsində son dövrlər şəffaflıq güclənsə də, risklərin idarəedilməsi mexanizmində hələ də problemlər mövcuddur. Kredit faizlərinin yüksək olması da milli valyutada vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir. Yüksək faizlə borclanma daha sonra kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaradır. Bu isə kreditlərin faiz dərəcələrinin optimallaşdırılmasını bir daha prioritetləşdirir.
Bütün hallarda, sabit məzənnə kontekstində milli valyuta üzrə vaxtı keçmiş kreditlərin həcminin artması arzuolunan deyil. Bu, o deməkdir ki, kreditərin valyuta və eləcə də müddət növünə görə də xüsusi yanaşma və standartların tətbiqinə ehtiyac var”.
Aysel Şahmar
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO