İqtisadi gündəm
Azərbaycan nümayəndəsi G20 qrupunda ilk toplantısında
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Türkiyənin G20 qrupuna sədrliyi çərçivəsində keçirilən ilk toplantıda iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, Türkiyənin dünyanın iqtisadi cəhətdən ən çox
inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi
çərçivəsində Şerpa istiqaməti üzrə ilk toplantı keçirilib.
ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İradə Usubova toplantıda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyənin İstanbul şəhərində səfərdə olub. Tədbirdə Şerpa istiqaməti üzrə fəaliyyət göstərən 4 işçi qrupunun (inkişaf, məşğulluq, antikorrupsiya və enerji davamlılığı üzrə işçi qrupları) 2015-ci il üçün prioritet fəaliyyət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyənin G20 qrupuna sədrliyi dövründə iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi, ÜDM-də əmək haqqı payının azalması səbəblərinin araşdırılması, işçi qüvvəsində gender bərabərsizliyinin azaldılması, əmək bazarında iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması prioritet məsələlər kimi elan olunub. G20-nin İşçi Qrupu çərçivəsində məşğulluq üzrə 3 görüşün və bir əmək nazirləri toplantısının keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyə Respublikası 1 dekabr 2014-cü il tarixindən G20 qrupuna sədrlik edir. Türkiyənin bu qrupa 30 noyabr 2015-ci il tarixinədək davam edəcək sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət edilib. Dünya iqtisadiyyatının 90%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.
Gülnar
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ